Otel haqqında - Badam d'Art butik oteli

Biz “Badam d’Art Boutique Hotel” adından Sizi salamlayırıq! Otelimizin möhtəşəm mənzərəsi ilə Bakının gecəsindən və gündüzündən zövq alacaqsınız. Oteldə Restoran, Bar, Konfrans və İclas zalı, sauna, açıq hovuz, sağlamlıq mərkəzi, uşaq əyləncə zonası lüks və komfortun harmoniyasını təmin edir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, sürətli Wi-Fi ilə təchiz edilmişdir. Qonaqlar, eyni zamanda, otaqlardan Bakının gözəl mənzərəsini də seyr edə bilərlər. “Badam” restoran - Azərbaycan və Avropa mətbəxlərinə aid dadlı təamları sevənlər üçün ideal məkandır. Burada xüsusi tədbirlərinizi istər açıq havada, istərsə də VİP zallarda unudulmaz edəcəksiniz. “Spa Bar” zonamız hamam, buxar otağı, sauna,hidroterapiya ilə cavanlaşdırıcı isti vanna və massaj otağı ilə təchiz olunmuşdur. “Badam d’Art Boutique Hotel”-də şəhərə və dənizə baxış bucağınız dəyişəcək. Hər hansı bir sualınız olarsa sales@badamhotel.az və yaxud +994775021313 nömrəsi ilə saxlayın.

Zamananlama

Biz həmişə açıq

Giriş saatı 14:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

Bizə zəng edin və ya e-poçt göndərin: badam@hotel.az

Qaydalar və şərtlər

Otel qiymətləri öz şərt və ləğv şərtlərinə əsaslanır.